DTX-nın həbs etdiyi rayonların 2-sinə yeni başçılar təyin olundu

DTX-nın həbs etdiyi rayonların 2-sinə yeni başçılar təyin olundu

Azərbaycan Prezidenti bu haqda sərəncamlar imzalayıb

Rasthaber Azərbaycan xəbər verir ki, Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

E.Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.

Digər sərəncamla Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Orucov 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində,  4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsində işlıəyib. 29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri seçilib.

Bu rayonların icra başçıları DTX-nın xüsusi əməliyyatı ilə həbs olunmuşdular.

Xəbəri paylaş

VİDEOLAR