DTX ABŞ Dövlət departamentinin məlumatlarını yalanladı

DTX ABŞ Dövlət departamentinin məlumatlarını yalanladı

Ölkə ərazisində terror təhlükəsinin olması ilə bağlı məlumatlar əsassızdır.

Rasthaber Azərbaycan DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ABŞ Dövlət departamentinin yaydığı məlumata reaksiyasında bildirib.                                                               

Məlumatda deyilir:

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda “COVİD-19” koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilmiş, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunmuşdur. Qeyd olunan məlumat sosial media resurslarının Azərbaycan seqmentində yayılmışdır.

Bununla əlaqədar bəyan edirik ki, Azərbaycan Respublikasının ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.

Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyildir.

Xəbəri paylaş

VİDEOLAR