Dron-kamikadze Moskva magistralına hücum edib

Dron-kamikadze Moskva magistralına hücum edib

Dron-kamikadze Kaluqa yaxınlığındakı Moskva magistralına hücum edib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, dünən gecə Tarutino kəndi yaxınlığında (Moskvadan təxminən 100 km aralı) Moskva Böyük Halqasının 380-ci kilometrliyində PUA düşüb və partlayıb.

Hadisə yerinə gələn müstəntiqlər yolda alüminium parçaları, səpələnmiş torpaq və ağac budaqları aşkar ediblər. PUA magistral yoldan bir qədər aralıda meşəyə düşüb. Hadisə nəticəsində ölən və yaralananlar olmadığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR