HƏMAS və işğalçı İsrail rejimi arasında vasitəçilik rolunu oynayan Misir mediası, oktyabr ayından bəri şiddətli hücumlara məruz qalan Qəzzada atəşkəsin yaradılması məqsədi ilə Qətərin paytaxtı Dohada danışıqlara yenidən başlandığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Misirdə hökumətə yaxın olan Əl-İxbariyyə xəbər kanalı etibarlı mənbələrə əsaslanaraq Qəzza zolağında atəşkəsə nail olmaq üçün Qətərin paytaxtı Dohada ekspertlər səviyyəsində danışıqlara başlanıldığını açıqlayıb. Danışıqların nə vaxt başladığı və hadisələrin inkişafı ilə bağlı ətraflı məlumat verilməsə də, mövzu ilə bağlı digər əlaqədar tərəflərdən hələlik rəsmi açıqlama verilməyib. Xəbərdə o da bildirilib ki, görüşlər Dohadakı danışıqlardan sonra Qahirədə davam etdiriləcək.
Milli Gazete-nin məlumatına görə, digər tərəfdən, sionist İsrailin Kanal 12 televiziyası sionist bir məmura istinadən verdiyi məlumatda, həmçinin Qəzzada saxlanılan məhbusların azad edilməsi üçün aparılan danışıqlarda irəliləyiş olduğunu və bütün detalları müzakirə etmək üçün yaxın bir neçə gün ərzində Qətərə nümayəndə heyətinin göndəriləcəyini açıqlayıb.