Ədliyyə Nazirliyi: Azərbaycanda 33 məhkumda COVİD-19 aşkar olunub

Ədliyyə Nazirliyi: Azərbaycanda 33 məhkumda COVİD-19 aşkar olunub

Azərbaycanda 33 məhkumdaCOVİD-19 koronavirus aşkar olunub.

 Bu barədə dünən Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Test nəticələri 33 məhkumda müsbət çıxdığından onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb”, - məlumatda qeyd edilir.

Penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılıb.

“Virusun yayılma riski tam lokallaşdırılıb və xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq və dərman təminatı mövcuddur. Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər davam etdirilir”, - nazirlikdən qeyd olunur. 

İnterfax Azərbaycan

Xəbəri paylaş

VİDEOLAR