Deputat Tarif Şurası və AZAL-ı tənqid etdi

Deputat Tarif Şurası və AZAL-ı tənqid etdi

Tarif Şurasının qəbul etdiyi qərarlar ciddi sosial narazılıq yaradır və əsaslandırma arqumentləri də tutarlı deyil

 Hökumət açıq şəkildə desin ki, dövlət müəssisələrinə külli miqdarda büdcə vəsaiti ayrılır və onlar da səmərəli işləmir.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Razi Nurullayev deyib.

"Dövlət onların götürdüyü kreditləri hələ 20-30 il bundan sonra da ödəyəcək. Yəni bizdən sonra gələn nəsil də onların kreditlərini ödəyəcək. Səmərə və effektivlik varmı? Bahalaşma ona görədir ki, məhz ayrılan dotasiyalara görə əməkhaqqı və pensiyaları qaldırmaq olmur. Məhz, ona görədir ki, uşaq pulu adı gələndə aidiyyəti vəzifəli şəxslər qulaqlarını tutur. Bu qərarlar 20 il öncə verilməli idi. Əgər bu populyar olmayan qərarlar 20 il öncə verilsəydi, bizim vətəndaşlar fərqli və sosial cəhətdən rifah bir Azərbaycanda yaşayardılar.

Yüz milyonlarla da vəsait və kreditlər də havaya sovrulmazdı, oğurlanmazdı və xaricə daşınmazdı. Xalq gözünü Neft Şirkətinə dikib, o belə dövlət büdcəsindən dotasiya alır. Belə yanaşma dünyada varmı, bəlkə var mən bilmirəm. AZAL büdcənin pulu və dövlətin zəmanəti ilə təyyarə alır, biz də basa-basa gedib Tbilisidən uçuruq", - deyə deputat bildirib.

Deputat bildirib ki, Tarif Şurası ləğv edilməli və səlahiyyətləri isə parlamentə verilməlidir. 10 milyonluq xalqın hər bir ailəsinin və fərdinin gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, 10 milyonluq xalqın hər bir nəfərini təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir. İnanıram ki, bu qərarın mənfi təsirini azaltmaq üçün hökumət tərəfindən əlavə sosial qərarlar və sosial paketlər hazırlanacaq. Milli Məclis də bu yöndə lazımi müzakirələri keçirməlidir.

Xəbəri paylaş

VİDEOLAR