Danimarkanın Türkiyədəki diplomatı yenidən Xarici İşlər Nazirliyinə çağırılıb

Danimarkanın Türkiyədəki diplomatı yenidən Xarici İşlər Nazirliyinə çağırılıb

Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimin yandırılması aksiyaları davam etdiyi üçün Danimarkanın Türkiyedəki müvəqqəti işlər vəkili Age Sandal Möller yenidən Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyənin Danimarkadakı və bir sıra müsəlman ölkələrinin səfirlikləri qarşısında Quranın yandırılması davam etdiyi üçün Danimarkanın Türkiye səfirliyinin müvəqqəti işlər vəkili Age Sandal Möller altıncı dəfə Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, bundan əvvəl Danimarkanın Türkiyə səfirliyinin müvəqqəti işlər vəkili avqustun 18, 21, 22, 23 vә 24-dә Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Xəbəri paylaş

VİDEOLAR