Danimarkada Quran yandırmaq qadağan edilə bilər

Danimarkada Quran yandırmaq qadağan edilə bilər

Danimarka rəhbərliyi Qurani-Kərim və digər dini kitabların ictimai yerdə yandırılmasını qadağan edən qanun layihəsi təqdim etmək niyyətindədir.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Peter Hummelqord bildirib.

Onun sözlərinə görə, müqəddəs kitablara edilən hücumların yeganə məqsədi “nifrət oyatmaq və təfriqə yaymaqdır“.

Hummelqord qeyd edib ki, təklif edilən qanun layihəsi hazırda ölkələrin milli bayraqlarının yandırılmasını qadağan edən qanunla birləşdiriləcək.

“Qanun ictimai şəkildə Quran və Bibliyanı yandıran şəxslərin cəzalandırılmasına səbəb olacaq. Bu qanun yalnız ictimai yerlərdə və ya daha geniş mühitə xitab etmək məqsədilə edilən hərəkətlərə yönəlib“, – deyə o əlavə edib.

Qanun layihəsinin gözdən keçirilmək üçün nə zaman təqdim ediləcəyi barədə isə məlumat verilməyib.

Qeyd edək ki, son zamanlar Avropada – İsveç və Danimarkada ardarda şəkildə müsəlmanların səmavi kitabına qarşı ehtiramsızlıqlar edilir. Bütün bunlar hökumətin rəsmi icazəsi və polisin mühafizəsi altında baş verməkdədir. Həmin ölkələrin rəhbərlikləri bu iyrəncliyə “söz və ifadə azadlığı” donu geyindirərək buna qarşı bir tədbir görmürlər.

Xəbəri paylaş

VİDEOLAR