Danimarkada bir meydana "Fələstin" adı verilib

Danimarkada bir meydana

Milli mətbuatda yer alan xəbərlərə görə, Kopenhagen Şəhər Şurası şəhərdəki meydana “Fələstin” adının verilməsi təklifini qəbul edib.

Az.rasthaber.com xəbər verir ki, təklif 55 üzvdən 29-u “Bəli” səsi ilə qəbul edilib.

Belə ki, aprelin 1-dən etibarən şəhərin mərkəzində müəyyən edilmiş meydan üçün “Fələstin” adı istifadə olunacaq.

Kopenhagendə bir meydanın “Fələstin” adlandırılması uzun müddətdir müzakirə mövzusudur.

2023-cü ilin avqustunda dörd partiya bu istiqamətdə təklif hazırlayıb, lakin təklif parlamentdə müzakirə olunmadan təxirə salınıb.

Xəbəri paylaş

VİDEOLAR