Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə rəhbəri Hans Kluge bu barədə açıqlama verib.
Rastahber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, peyvəndlərin az inkişaf etmiş ölkələrlə paylaşılacağını ifadə edən Hans Kluge Danimarka Xarici İşlər Nazirliyinin bu sahədə hazırlıqlar apardığını bildirib. Xatırladaq ki, Danimarkada “Astrazeneca” peyvəndi vurulan bəzi insanlarda qan laxtalanması müşahidə edilmiş və səlahiyyətlilər peyvəndin qeyri-adi qan laxtalanması, qanaxma və aşağı trombosit sayımı kimi mənfi təsirlərinin olduğuna inanaraq tətbiqini qadağan ediblər.
“Astrazeneca” peyvəndlərinin istifadəsi daha əvvəl də 19 ölkədə dayandırıldı. Peyvəndin vurulduğu bəzi insanlar qan laxtalanması səbəbindən həyatını itirdi.