Daha bir ölkə qatil İsrailə silah satışını dayandırdı

Daha bir ölkə qatil İsrailə silah satışını dayandırdı

Sionist İsrailin Qəzza zolağına hücumları davam edərkən, Kanada İsrailə silah satışını dayandırmağa hazırlaşır.

Az.rasthaber.com xəbər verir ki, Kanada Xarici İşlər Naziri Melanie Joly verdiyi açıqlamada Kanadanın gələcəkdə İsrailə silah ixracını dayandıracağını və bunun simvolik deyil, real bir addım olacağını bildirib.

Kanada parlamenti dünən İsrailə silah satışını dayandırmaq üçün məcburi qüvvəyə malik olmayan təklifi 117 əleyhinə 204 səslə qəbul edib.

Düzəlişləri olan vəsatətdə “Fələstin dövlətinin tanınması” ifadəsi “Fələstin dövlətinin yaradılmasına dəstək” ifadəsi ilə, İsrailə silah satışı ilə bağlı bölmədə “dayandırma” ifadəsi “ satışı dayandırma və ya qadağa” olaraq dəyişdirilib.

Sionist İsrail Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, işğalçı rejimin xarici işlər naziri İsrael Katz Kanadanın İsrailə silah ixracını dayandırması qərarı ilə bağlı qiymətləndirmələr edib.

Tarixin Kanada hökumətinin bu addımını "sərt şəkildə" mühakimə edəcəyini müdafiə edən Katz, Kanadanın HƏMAS-a qarşı ölkəsinin özünümüdafiə hüququnu sarsıdan bir addım atmasının təəssüf doğurduğunu deyib.

Xəbəri paylaş

VİDEOLAR