Daha bir ölkə hərbiçilərini Əfqanıstandan çıxarır

Daha bir ölkə hərbiçilərini Əfqanıstandan çıxarır

Avstraliya Əfqanıstandan 80 hərbi dəstək əsgərini də çıxarıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Avstraliyanın müdafiə naziri Peter Dutton ölkəsinin 20 illik Əfqanıstan müharibəsindəki iştirakının sona çatdığını deyib.

Dutton Əfqanıstandakı 80 dəstək personalının çıxarıldığını bildirərək, əsgərlərin ölkədən çıxmasının "son həftələrdə" reallaşdığını bildirib.

Dutton "Sky News"ə açıqlamasında "Bu, milli maraqlarımıza və ya müttəfiqlərimizə uyğun olduğunu düşündüyümüz ABŞ-la kampaniyaların bir hissəsi olmayacağımız mənasını daşımır" deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR