Dağıstanda koronavirus testi müsbət çıxan və ikitərəfli sətəlcəm diaqnozu qoyulmuş polis əməkdaşı dünyasını dəyişib.
Rasthaber Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi rəsmi “İnstagram” rəsmi hesabında məlumat yayıb.
Bildirilib ki, ikitərəfli sətəlcəmdən müalicə olunan polis polkovniki Maqomed Maqomedov mayın 4-də Dağıstan Daxili İşlər Nazirliyinin tibb məntəqəsində qəflətən dünyasını dəyişib. O, Dağıstanda koronavirusdan ölən 4-cü polis əməkdaşıdır.
Son məlumatlara görə, Dağıstanda koronavirusa yoluxanların sayı 2086 nəfərə çatıb, onlardan 14-ü ölüb, 325-i sağalıb.