Cozep Borreldən Aİ-yə üzv dövlətlərə çağırış: İsrailə silah satmağı dayandırın!

Cozep Borreldən Aİ-yə üzv dövlətlərə çağırış: İsrailə silah satmağı dayandırın!

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İsrailin Qəzzaya hücumlarında qeydə alınan mülki itkilərə reaksiya verərək üzv dövlətləri bu ölkəyə silah ixracını dayandırmağa çağırıb.

Az.rasthaber.com xəbər verir ki, Borrell Belçikanın paytaxtı Brüsseldə Aİ ölkələrinin inkişaf nazirlərinin qeyri-rəsmi görüşündən sonra danışıb.

Borrell Qəzzada artan mülki itkilərə reaksiya verən ölkələrə çağırış edərək deyib:

"Həddindən artıq insanın öldürüldüyünə inanırsınızsa, bəlkə də bu qədər insanın öldürülməsinin qarşısını almaq üçün (İsrailə) daha az silah verəsiniz. Hamı Tel-Əvivə gedir və yalvarır: "Bunu etməyin, mülki insanları qoruyun. Bu qədər insanı öldürməyin" deyə. Amma (İsrailin Baş naziri Benyamin) Netanyahu heç kimi dinləmir".

İsrailin Rəfah bölgəsinə hücum planından danışan Borrell "İnsanlar təxliyyə olunacaq. Hara, Aya? Bu insanları hara təxliyyə edəcəklər? Beynəlxalq ictimaiyyət bunun çoxlu sayda insanın həyatını itirəcəyi bir qırğın olacağına inanır. Bəlkə də (İsrailə etdikləri) silah tədarükü haqqında düşünməlidirlər. Ölkələr "Çox insan öldürülür, lütfən, insanların qayğısına qalın, lütfən, bu qədər insanı öldürməyin" deyirlər. "Lütfən" deməyi dayandırın və bir addım atın" sözlərilə reaksiya göstərib.

Xəbəri paylaş

VİDEOLAR