Əcnəbilər üçün Həcc səfərinin qiyməti 39% azalıb

Əcnəbilər üçün Həcc səfərinin qiyməti 39% azalıb

Səudiyyə Ərəbistanı rəhbərliyi bu il Həcc səfərinin qiymətindəki dəyişiklik barədə məlumatı açıqlayıb.

Az.Rasthaber.com “Al Arabiya”ya istinadən xəbər veri ki, bu barədə krallığın Həcc və Ümrə işləri naziri Təufiq ər-Rabia məlumat verib.

Onun sözlərinə görə, cari ildə Həcc səfərinin qiyməti əcnəbilər üçün 39 faiz azalıb.

Ər-Rabia əlavə edib ki, bu il zəvvarların sayı pandemiyadan öncəki göstəricilərə geri dönüb.

Xatırladaq ki, əvvəllər hər il 2,6 milyon müsəlman Həcc ziyarətini yerinə yetirirdi.

Səudiyyəli rəsmilər qeyd edirlər ki, builki Həcc mövsümündə zəvvarların sayı hətta rekord vuraraq tarixi maksimuma çata bilər.

Xəbəri paylaş

VİDEOLAR