C.Koreyada meşə yanğınlarına görə 2 şəhər xüsusi fəlakət zonası elan edildi

C.Koreyada meşə yanğınlarına görə 2 şəhər xüsusi fəlakət zonası elan edildi

Koreya Respublikasının prezidenti Mun Çje İn şiddətli meşə yanğınlarının baş verdiyi Kannın və Tonhe şəhərlərini xüsusi fəlakət zonaları elan edib.

Az.rasthaber.com "Trend"-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası öz saytında bildirib.

Qeyd olunub ki, bu addım hökumətə tez bir zamanda bu ərazilərin sakinlərinə yardım göndərməyə və zərərçəkənlərə kompensasiyaların ödənilməsi ilə bağlı prosedurları asanlaşdırmağa imkan verəcək. İki gün əvvəl də ölkənin şərqindəki Uljin və Samçxok şəhərləri ilə bağlı oxşar tədbirlər görülüb.

Xəbəri paylaş

VİDEOLAR