Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Tszyün Təhlükəsizlik Şurasının (TŞ) iclası zamanı NATO-nun şərqə doğru irəliləməsi ilə bağlı narahatlığını ifadə edib.
Az.rasthaber.com “İzvestiya”-ya istinadən xəbər verir ki, soyuq müharibədən sonra NATO-nun şərqə doğru təkrar-təkrar irəliləməsi Avropanın təhlükəsizliyini artırmayıb, əksinə, münaqişə toxumları səpib.
Çinli rəsmi bildirib ki, alyans bu istiqamətdə son onilliklərdə planlı və sistemli iş görüb və öz hərəkətlərinə Avropanın təhlükəsizliyi məsələləri ilə izah edib.
Tszyün həmçinin Ukraynaya silah tədarükü mövzusu ilə bağlı da fikir bildirib.
“Münaqişənin uzanması və genişlənməsinin əlamətləri narahatlığa səbəb olur. Qeyd etmək lazımdır ki, silah tədarükü sülh gətirməyəcək, münaqişədə qalib ola bilməz”, - deyə o əlavə edib.
Daimi nümayəndə həmçinin rəsmi Moskva və rəsmi Kiyev arasındakı danışıqların əhəmiyyətini də vurğulayıb.