Çində uçan maşın zavodu tikilir

Çində uçan maşın zavodu tikilir

Çinin “XPeng” şirkəti uçan avtomobil istehsal edəcək zavodun tikintisinə başlayıb.

Az.rasthaber.com xəbər verir ki, bu, dünyada ilk irimiqyaslı istehsala malik zavod olacaq.

İlk mərhələdə “Land Aircraft Carrier” (LAC) avtomobilləri üçün uçan modul istehsal olunacaq. Zavod ildə təxminən 10 min belə modul istehsal edə biləcək.

LAC modulu “Airshow China” sərgisində nümayiş etdiriləcək. Tədbir noyabrın 12-dən 17-dək baş tutacaq. Uçan modulun ilk ictimai uçuşunu orada edəcəyi gözlənilir.

Quançjou şəhərinin hakimiyyəti 2027-ci ilədək uçan avtomobillər üçün infrastrukturun inkişafına 10 milyard yuan (1,4 milyard dollar) investisiya qoymağı planlaşdırır.

Xəbəri paylaş

VİDEOLAR