Çində koronavirusdan ölənlərin sayı 259 oldu

Çində koronavirusdan ölənlərin sayı 259 oldu

Çində yeni növ koronavirusdan ölənlərin sayı 259-a çatıb

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata əsasən, xəstəliyə yoluxanların sayı 12 minə yaxınlaşır.

Qeyd edək ki, iki gün öncə virus Tibetdə də qeydə alınmışdı. Maraqlıdır ki, Tibet Çinin sonuncu "təmiz" regionu idi.

Xatırladaq ki, ötən gün Çinin Uhan şəhərində meydana gəlmiş yeni koronavirusdan ölənlərin sayı 213 idi.

Hesab olunur ki, virusun yeni ştammı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb.

Xəbəri paylaş

VİDEOLAR