Çində koronavirusdan ölənlərin sayı 2120 nəfər oldu

Çində koronavirusdan ölənlərin sayı 2120 nəfər oldu

Çindә yeni növ koronavirusdan hәlak olanların sayı 2 min 120 nәfәrә çatıb.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Çindә yeni növ koronavirus (Kovid-19) epidemiyası sәbәbindәn hәlak olanların sayı 2 min 120  nәfәrә çatıb.

Bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib. Mәlumatda qeyd olunub ki, virusa yoluxanların sayı 74 min 576  nәfәrә çatıb. Virusa yoluxan 11 min 864  nǝfǝrin  vәziyyәti kritiktir. Mәlumatda hәmçinin bildirilib ki, müalicә olunanların sayı 6 min keçib.

Sutka әrzindә virus sәbәbindәn hәlak olanların sayı 114  nәfәrә çatıb. Belәliklә koronavirus epidemiyası sәbәbindәn  xәstәxanaya müraciәt edәnlәrin sayı 180 mini keçib.

Qeyd edәk ki, yeni növ  koronavirus ilk olaraq Çinin Xubey әyalәtinin Vuxan şәhәrindә yayılmağa başlamışdı.

Xəbəri paylaş

VİDEOLAR