Çində koronavirusa qarşı peyvənd heyvanların üstündə uğurla sınaqdan keçdi

Çində koronavirusa qarşı peyvənd heyvanların üstündə uğurla sınaqdan keçdi

Çinli mənbələr koronavirus peyvəndinin heyvanlar üzərində uğurlu sınağından xəbər verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Çində «Yi-Si» saytı bu gün bildirib ki, «pikovaks» vaksinasını Pekin şəhərində yerləşən «Sinovak Biotek» şirkəti düzəldib. Bu vaksina meymunlar üzərində uğurla sınaqdan keçirilib.

Bu peyvənd meymunlar üzərində sınaqdan keçirildikdən sonra onlarda antibodinin yaranmasına səbəb olub və onların immun sistemlərini virusu aradan götürə biləcək həddə gücləndirib.

Bu vaksinanın sınağı gedişində üç həftədən sonra meymunların bədəninə koronavirus yeridilib. Bir həftə sonra aparılan testlər göstəribdir ki, meymunların ağ ciyərləri virusdan təmizlənib.

İlk dəfə Çinin Uhan şəhərində müşahidə olunan koronavirus demək olar ki, bütün dünyaya yayılıb.

Xəbəri paylaş

VİDEOLAR