Sionist İsrailin Qəzza zolağına havadan, dənizdən və qurudan hücumları 44-cü gündür ki, davam edir.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin Fələstinə hücumları artıq heç bir sərhəd tanımır. Oktyabrın 7-dən bəri 2 milyondan çox dinc sakinin yaşadığı Qəzzanı bombalarla yerlə-yeksan edən İsrail xəstəxanaları, təcili yardım maşınlarını, məktəbləri, universitetləri, kilsələri, məscidləri, qaçqın düşərgələrini və hətta qəbiristanlıqları vurur.
Hücumlar nəticəsində itkilər günü-gündən ağırlaşır.
44 gündür İsrailin hücumlarına məruz qalan Qəzza zolağında çoxlu bina dağıdılıb, minlərlə fələstinli ailə evsiz qalıb.