Bu, üç ölkənin quru qoşunlarının birgə keçirdiyi ilk genişmiqyaslı təlim olacaq.
Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin Çinin ölkənin cənub-qərb sahillərində təhdidkar fəaliyyətlərinə qarşı Fransa və ABŞ ilə genişmiqyaslı ortaq təlimlər keçirəcəyini açıqlayıb.
Rasthaber Azərbaycan “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Yaponiya müdafiə naziri Kişi Nobuo mətbuat konfransında açıqlama verib. O qeyd edib ki, ortaq təlimlərin 11-17 may tarixlərində ölkənin cənub-qərbində yerləşən Kyuşu adasında keçirilməsi planlaşdırılır.
“Uzaq adaların qorunması çərçivəsində Yaponiya, ABŞ və Fransa arasında əməkdaşlığı gücləndirərək quru özünü müdafiə qoşunlarının taktikasını və bacarıqlarını inkişaf etdirməyi hədəfləyirik”,- deyə Kişi Nabuo qeyd edib.
Nazirin sözlərinə görə, bu, üç ölkənin quru qoşunlarının birgə keçirdiyi ilk genişmiqyaslı təlim olacaq.