Çin: Qərbi qeyri-qanuni sanksiyaları ləğv etməyə çağırırıq

Çin: Qərbi qeyri-qanuni sanksiyaları ləğv etməyə çağırırıq

Çin müxtəlif kanallar vasitəsilə Ukrayna münaqişəsinin həllinə kömək etmək səylərinin bir hissəsi olaraq daim atəşkəsə, həmçinin Qərbi qeyri-qanuni sanksiyaları ləğv etməyə və münaqişəni alovlandırmağı dayandırmağa çağırır.

Az.rasthaber.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan bildirib.
"Ukraynadakı vəziyyətə gəlincə, Çin daim müxtəlif imkanlardan və kanallardan istifadə edərək atəşkəsə, dialoq və danışıqlara çağırır, ABŞ və digər Qərb ölkələrini oda yağ tökməyi dayandırmağa və birtərəfli sanksiyalar təzyiqlərini azaltmağa səsləyir", - diplomat Çinin son vaxtlar sülhün əldə edilməsinə töhfə vermək üçün hansı addımlar atdığı sualına cavab verərək bildirib.
O, həmçinin müvafiq tərəflərin münaqişənin hərbi yolla yox, dialoq və danışıqlar yolu ilə həllinə çağırışda Çinə qoşulacağına ümid etdiyini bildirib.
Çinin Rusiya Prezidenti Vladimir Putindən atəşkəsə nail olmağı xahiş edib-etməməsinə aydınlıq gətirmək üçün departamentin nümayəndəsi ölkəsinin mövqeyini Rusiya lideri ilə əlaqələndirməməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR