Çin: Müsəlmanların dini inanclarına hörmət edilməlidir!

Çin: Müsəlmanların dini inanclarına hörmət edilməlidir!

“Müsəlmanların dini inanclarına hörmət edin”

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bunu İsveçdə Qurani-Kərimin yandırılmasına reaksiya verən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.
Vanq Venbin dünən, İsveçdə Qurani-Kərimə qarşı edilən hörmətsizliyə reaksiya verərək bildirib ki, rəsmi Pekin müsəlmanların dini inanclarına hörmət edilməsini hər zaman dəstəkləyib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü ifadə azadlığının irqi və mədəni ayrı-seçkiliyə və cəmiyyətin parçalanmasına səbəb ola bilməyəcəyini bildirərək, bu addımın müsəlman dünyasında da geniş qınaqlara səbəb olduğunu qeyd edib.
Qeyd edək ki, Rasmus Paluden adlı şəxsin polisin himayəsi altında Qurani-Kərimi yandırması İsveç xalqının da etirazına səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR