Çin: İsrailin Qəzza zolağına hücumları insanlıq üçün utancvericidir!

Çin: İsrailin Qəzza zolağına hücumları insanlıq üçün utancvericidir!

Çinin xarici işlər naziri Vanq Yi atəşkəs çağırışını təkrar edərək, sionist İsrailin Qəzza zolağına təcavüzünün bəşəriyyət üçün utancverici olduğunu vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Vanq Yi deyib:

“İsrailin Qəzza zolağına hücumları insanlıq üçün utancvericidir. Biz XXI əsrdə belə qarşısı alınmaz humanitar fəlakətin şahidi oluruq.

Qəzzada baş verən fəlakət bir daha bütün dünyaya xatırlatdı ki, Fələstin torpaqları uzun müddətdir ki, işğal altındadır və bundan sonra bunlara göz yummaq olmaz.

Çin Fələstinin Birləşmiş Millətlər Təşkilatına tam üzvlüyünü dəstəklədiyini vurğulayır.'

Xəbəri paylaş

VİDEOLAR