Çin Əfqanıstana səfir təyin edib

Çin Əfqanıstana səfir təyin edib

Çin işğalçı ABŞ-ın geri çəkilməsindən sonra Əfqanıstana rəsmi səfir təyin edən ilk ölkə oldu.

“Reuters”in məlumatına görə, Taliban administrasiyasının sözçünün müavini Bilal Kərimi açıqlamasında deyib: 

"Əfqanıstan İslam Əmirliyinin baş naziri Məhəmməd Həsən Axund Çinin Əfqanıstana təyin etdiyi yeni səfir Zhao Xing-in etimadnaməni mərasimdə qəbul edib".

Taliban administrasiyasının xarici işlər nazirliyinin sözçüsü də təsdiqləyib ki, bu təyinat 2 ildən artıqdır davam edən Taliban hakimiyyəti zamanından həyata keçirilən ilk səfir təyinatıdır.

Xəbəri paylaş

VİDEOLAR