Çin: Fələstin problemi beynəlxalq arenada gündəmə gətirilməlidir!

Çin: Fələstin problemi beynəlxalq arenada gündəmə gətirilməlidir!

Çinin xarici işlər naziri deyib ki, Fələstin problemi Yaxın Şərqdə prioritet məsələlərdəndir və beynəlxalq ictimaiyyət tərəfindən unudulmamalıdır. Çin Fələstin probleminin beynəlxalq hadisələrin gündəminə gətirilməsini istəyir.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Çin, ABŞ və Qərb ölkələrindən Yaxın Şərqin işlərinə müdaxilə etmək və bölgəni öz istəkləri əsasında dəyişməyə çalışmaqdan əl çəkmələrini istəyib.

Bu sözləri Çin xarici işlər naziri Vanq Yi suriyalı həmkarı Faysal Miqdad ilə videobağlantı vasitəsilə danışarkən bildirib.
Daha geniş əməkdaşlığa və davamlı sülhə çağıran Vanq deyib ki, Çin Yaxın Şərq xalqlarını müstəqil inkişaf yolunda qətiyyətlə dəstəkləyir və ölkələri regional təhlükəsizlik məsələlərinin həllində birlik olmağa çağırır.

 

Xəbəri paylaş

VİDEOLAR