Çin "Amerika demokratiyasını" saxta demokratiya adlandırıb

Çin

Çin Xarici İşlər Nazirliyinin sözçüsü çərşənbə günü "Amerika demokratiyasını" tənqid edərək, bunun "saxta" demokratiya olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistin bir anket nəticələrinə işarə ilə "Amerikalıların çoxu öz ölkələrini demokratik hesab etmir, siz bu barədə nə düşünürsünüz" sualına cavab olaraq deyib:

"Bu nəticələr göstərir ki, amerikalıların əksəriyyəti bu demokratiyanın azlıqlara xidmət etdiyini düşünür"

O əlavə edib: “Azlıqları hökumətə bağlayan puldan başqa bir şey deyil. Hətta bir əsr öncə ABŞ senatoru Mark Hannah bu fikri söylədi: "Siyasətdə iki şey önəmlidir. Birincisi puldur, ikincisini xatırlamıram".

“ABŞ-da 40 milyondan çox insan yoxsulluq içində yaşayır. ABŞ-dakı bütün ev təsərrüfatlarının təxminən beşdə biri Covid-19 epidemiyası zamanı itirdiklərini söylədi. “Və 60 mindən çox insan evlərini itirməsi nəticəsində küçələrdə yatmağa məcbur olub”.


O, əlavə edib: “Amerika tipli demokratiyanın saxta demokratiya olduğu deyilməsi təəccüblü deyil. ABŞ hökuməti ABŞ əhalisinin bir faizinə məxsus bir hökumətə çevrildi və ondan faydalananlar da elə bu bir faizdir.
“ABŞ-ın sonda öz xalqının etibarını itirmə nəticəsi ilə qarşılaşması qaçılmazdır”.

 

Xəbəri paylaş

VİDEOLAR