ABŞ siyasətçiləri “Öncə Amerika” prinsipinə əməl edirlər və digər ölkələrə qarşı geniş sanksiyalar tətbiq edirlər”.
Çin Xarici İşlər Nazirliyinin internet saytının məlumatına görə, nazirliyin sözçüsü Jao Liçian ABŞ hökumətinin beynəlxalq hüququ pozduğunu və birtərəfli sanksiyalar tətbiq etdiyini bildirərək deyib:
"ABŞ öz daxili qanunlarını beynəlxalq hüquqdan üstün hesab edir və qəsdən birtərəfli qanunsuz sanksiyalara əl atır. Covid-19 pandemiyasının başlanmasından bəri Venesuela, Suriya və İran ABŞ-ın uzun müddətdir davam edən sanksiyaları səbəbindən ciddi iqtisadi problemlər və məhdud tibbi resurslar problemi ilə üzləşib. Belə bir vəziyyətdə ABŞ həmin sanksiyaları ləğv etmək əvəzinə ikiqat artırdı və bu ölkələrin vəziyyətini daha da pisləşdirdi. ABŞ siyasətçiləri bərabərlik və azad ticarətdən danışırlar, halbuki əslində onlar “Öncə Amerika” prinsipinə əməl edirlər və digər ölkələrə qarşı geniş sanksiyalar tətbiq edirlər”.