Çin: ABŞ İranın nüvə proqramı ilə bağlı qanuni narahatlıqlarına cavab verməlidir

Çin: ABŞ İranın nüvə proqramı ilə bağlı qanuni narahatlıqlarına cavab verməlidir

Rəsmi Pekin hesab edir ki, təzyiq kampaniyası problemlərin həllinə kömək etməyəcək. Əksinə, gərginliyi daha da artıracaq...

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Çinin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsinin müavini Vanq Çanq deyib:

“İranın hazırkı nüvə böhranının təşəbbüskarı olan Birləşmiş Ştatlar gərginliklərin artmasına səbəb olan maksimum təzyiq kampaniyasını davam etdirməkdənsə, İranın haqlı narahatlıqlarına (təkcə vəd verməklə deyil) əməldə cavab verməlidir”.
Global Times-ın məlumatına görə, Çinin BMT-dəki nümayəndəsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnaməsinə mənfi səs verdikdən sonra, Çinin bu qətnamə vasitəsilə İrana təzyiq göstərilməsinə qarşı olduğunu bildirib. Rəsmi Pekin hesab edir ki, təzyiq kampaniyası problemlərin həllinə kömək etməyəcək. Əksinə, gərginliyi daha da artıracaq və vəziyyəti daha da pisləşdirəcək.
Çin rəsmisi əlavə edib:
“Ölkələrin əsas vəzifəsi nüvə danışıqlarını (müsbət nəticə ilə) son çatdırmaq və BHFP nüvə sazişini tez bir zamanda bərpa etməkdir. Biz inanırıq ki, İranın bütün nəzarət və müşahidə məsələləri o vaxta qədər həll olunacaq”.

 

Xəbəri paylaş

VİDEOLAR