Çin ABŞ dövlət katibinin "Pekin koronavirus haqda saxta informsiyalar yayır və təbliğat kampaniyası aparır" kimi ittihamlarına cavab verib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Çin xarici işlər nazirliyinin sözçüsü Hu Tszu dünən Pekində keçirdiyi mətbuat konfransında Mayk Pompeonun sözlərinə reaksiya verib.
"Çinin nə koronavirus haqda saxta informsiyalar yaymaq və təbliğat kampaniyası aparmaq niyyəti var, nə də ki, buna vaxtı var və bilmirəm, onun saxta informasiyalar barədəki diaqnozu və dərki nədir?, -deyə Hu Tszu bildirib.
Hu Tszunin daha sonra deyib: "Çin koronavirus epidemiyası başlanandan sonra dərhal onunla mübarizəyə başladı və qətiyyətlə bu xəstəliyin yayılmasının qarşısın aldı".
Son zamanlar bir neçə amerikalı siyasətçi öz hökumətinin koronavirusla mübarizə sahəsindəki zəif fəaliyyətini qəbul etmək yerinə, Çini onun müqəssiri kimi təqdim edir və Pekini "virus probleminin ciddiliyini və yoluxanların real sayını gizlətmək"də ittiham edirlər.
Bəzi ingilis siyasətçilər də iddia ediblər ki, Çin özünün "düzgün məlumat verməməsi"nin əvəzini ödəməlidir.