Çin Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ demokratiyadan kütləvi qırğın silahı kimi istifadə edir, onun köməyi ilə müdaxilə etdiyi ölkələri məhv edir.
Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, Asiya nəhəngi ABŞ-ın təşkil etdiyi virtual “demokratiya sammiti”nə məhz belə reaksiya verib.
Rəsmi Pekin bildirib ki, tədbir ideoloji qarşıdurma xəttini davam etdirmək və ölkələr arasında parçalanma yaratmaq məqsədilə təşkil olunub.