Çili prezidenti dünyanı fələstinlilərə edilən zülmləri də işıqlandırmağa çağırıb

Çili prezidenti dünyanı fələstinlilərə edilən zülmləri də işıqlandırmağa çağırıb

"Fələstin illərdir işğal altındadır, lakin biz orada baş verənlər barədə heç nə bilmirik".

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Çili prezidenti Qabriel Borik Çilinin 13 TV kanalına verdiyi müsahibəsində deyib:

"Biz Mariupol şəhərindəki uşaq xəstəxanasına hücum və ya Polşadan 20 km uzaqlıqdakı hərbi bazaya hücum kimi Ukraynada baş verən hadisələri yaxından izləyir və müharibə səbəbindən bu ölkənin xalqı ilə həmrəy olduğumuzu bildiririk. Ancaq daha yaxşı ola, bunu anlayaq ki, daha çox cinayətlərin baş verən başqa yerlər də var, lakin bu yerlərdə, məsələn o cümlədən, Fələstin kimi bölgələrdə həmrəylik daha azdır.”

"Fələstin illərdir işğal altındadır və biz orada baş verənlər barədə çox şey bilmirik və orada nələrin baş verdiyini bilmək vacibdir" deyə cənab Borik vurğulayıblar.

Xəbəri paylaş

VİDEOLAR