Təhlükəsizlik işçilərinin təslim olması üçün həmin şəxslə bir neçə saat danışıqlar apardığı bildirilib.
Federal araşdırma agentinin bildirdiyinə görə, Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) giriş qapısında bir neçə saat davam edən atışmadan sonra silahlı şəxs Federal Təhqiqat Bürosunun agentləri tərəfindən vurulub.
Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, naməlum şəxsin bazar ertəsi günortadan sonra Vaşinqton şəhəri yaxınlığındakı meşəlik ərazisinə yerləşən Mərkəzi Kəşfiyyat Agentliyinin birinci girişindən keçməsinin qarşısı alınıb.
Təhlükəsizlik işçilərinin təslim olması üçün həmin şəxslə bir neçə saat danışıqlar apardığı bildirilib.
Federal Təhqiqat Bürosunun verdiyi açıqlamada həmin şəxsin "maşından əlində silahla düşüb və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vurulub" deyilib.
"Həmin şəxs yaralandı və tibbi yardım üçün xəstəxanaya çatdırıldı" - deyə, açıqlamada bildirilib.
Mərkəzi Kəşfiyyat Agentliyinin nümayəndəsi agentliyin əsas binasının yerıəşdiyi bir neçə yüz metrlik əraziyə nəzarət edildiyini bildirib.
Son illər Virciniya ştatının şosse yolunun kənarda, Lenqlidə yerləşən Mərkəzi Kəşfiyyat Agentliyinin təhlükəsizliyi gücləndirilib.