Çexiya NATO və Avropanı Rusiyaya qarşı birgə mübarizəyə çağırır

Çexiya NATO və Avropanı Rusiyaya qarşı birgə mübarizəyə çağırır

Müstəntiqlər Rusiyanı 2014-cü ildə çex silah anbarında iki işçinin öldüyü partlayışı törətməkdə günahlandırırlar.

Çexiya Avropa və NATO müttəfiqlərini Rusiyaya qarşı birgə cavab tədbiri görməyə çağırır.

Rasthaber Azərbaycan VOA-ya istinadən xəbər verir ki, bu çağırış Rusiya casuslarının 2014-cü ildə Çexiyada silah anbarında baş vermiş nəhəng partlayışın arxasında durduğu və Britaniyada sui-qəsd cəhdi həyata keçirən xüsusi bölmənin bir hissəsi olduğu ilə barədə ittihamlardan sonra edilib.

Çex Respublikası tərəfindən ölkədən çıxarılmış 18 rusiyalı diplomat bazar ertəsi Moskvaya gəlib. Onlar çex müstəntiqləri tərəfindən hərbi agent kimi tanınıb. Rusiya buna cavab olaraq 20 çex diplomatı ölkədən çıxarıb.

"Hər iki böyük rus casus əməliyyat şöbəsini dağıtmağı bacardıq və Rusiya tərəfi üçün onları yenidən bir araya gətirmək çox çətin olacaq" – deyə, Çex Respublikasının Xarici İşlər Naziri vəzifəsini icra edən Yan Hamaçek bildirib.

Müstəntiqlər Rusiyanı 2014-cü ildə çex silah anbarında iki işçinin öldüyü partlayışı törətməkdə günahlandırırlar.

Saxta sənədlərlə səyahət edən iki şəxs partlayış zamanı əraziyə daxil olmaq istəmişdi.

Onlar Britaniyada 2018-ci ildə çətinliklə sağ qalan keçmiş ikili agent Sergey Skripalın sinir maddəsindən bənzər zəhərlənməsində şübhəlilər kimi təsbit edilmişdi.

Bellingcat araşdırma veb saytı onların Rusiyanın QRU hərbi kəşfiyyatının zabiti olan Anatoliy Çepiqa və Aleksander Mişkin olduğunu müəyyənləşdirib. Onların 29155 bölməsinin təxribat fəaliyyəti ilə məşğul olduğuna inanılır.

“Onlar Avropanın bir sıra yerlərində son dərəcə fəal görünürlər və onlardan başqa sürgündə yaşayan çeçen-gürcü (Zelimxan) Xanqoşvilinin Berlində öldürülməsinə görə bir rusiyalının Almaniyada mühakimə olunduğu gördük. Bizim hələ Haaqada MH17 ilə əlaqəli dinləmələrimiz davam edir və digər Rusiya vətəndaşlarının Aİ-nın başqa ölkələrində öldürüldüyündan xəbərdarıq” - deyə, Avropa Reform Mərkəzinin Rusiya üzrə təhlilçisi Yan Bond qeyd edib.

Avropa İttifaqı bazar ertəsi Çex Respublikasının rus diplomatlarının ölkədən çıxarılmasına dəstək bildirib.

"Çex kəşfiyyatı tərəfindən bu diplomatların Rusiyanın hərbi xidmət agentləri olduqları təsbit edildi və Avropa İttifaqı Çex Respublikası ilə bir dayanır və onunla həmrəydir" – deyə, Aİ Xarici Siyasət şöbəsinin rəhbəri Cosep Borrell qeyd edib.

Kremlin sözçüsü Çex Respublikasının ittihamlarını "əsassız" adlandıraraq Qərbi "kütləvi anti-Rusiya psixozunda" günahlandırıb.

Rusiyanın Ukrayna sərhədinə minlərlə əsgər və hərbi texnika yerləşdirdiyi vaxt gərginliklər son həftələrdə daha da artıb.

Rusiya həmçinin aparıcı müxalifət lideri Aleksey Navalnını həbs edib. Həkimlər onun həbsxana xəstəxanasında vəziyyətinin ağır olduğunu deyib. Analitik Yan Bond deyir ki, Rusiya prezidenti daxildə dəstək almağa çalışır.

“Putin üçün 12 ayı xüsusən yaxşı keçməyib. Rusiya COVID-19-dan dünyada ən yüksək ölüm göstəricilərinə malikdir. İqtisadiyyat olduqca durğundur və BVF bunun bir müddət olduqca durğun qalacağını proqnozlaşdırır. Yanvarda Navalnının həbsi ilə bağlı etirazlar Rusiyada uzun müddət sonra müşahidə edilən ən böyük etiraz idi” – deyə, o qeyd edib.

ABŞ bu ay Rusiyaya qarşı kiber hücumlar və digər ‘zərərli’ hərəkətlərə görə yeni sanksiyalar tətbiq edib. Çex Respublikası müttəfiqlərindən Kremlin müdaxiləsinə qarşı Rusiya diplomatları və casuslarının çıxarılması kimi əlavə tədbirlər görməyə çağırır.

Xəbəri paylaş

VİDEOLAR