Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərə tibbi yardımı TƏBİB həyata keçirəcək

Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərə tibbi yardımı TƏBİB həyata keçirəcək

Qüvvədə olan qanuna əsasən, hazırda bu sahədə səlahiyyət Səhiyyə Nazirliyindədir.

Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərə tibbi yardım göstərilməsi və onların dispanser müşahidəsini həyata keçirəcək tibb müəssisələrinin siyahısı, o cümlədən tibbi yardım göstərilməsi və dispanserləşdirilmə keçirilməsi qaydaları TƏBİB tərəfindən müəyyənləşdiriləcək.

Rasthaber-in məlumatına görə, bu, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların status və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, hazırda bu sahədə səlahiyyət Səhiyyə Nazirliyindədir.

Xəbəri paylaş

VİDEOLAR