Cenində İsrail qüvvələri ilə atışmada 16 fələstinli yaralanıb, ölən var

Cenində İsrail qüvvələri ilə atışmada 16 fələstinli yaralanıb, ölən var

İsrail qüvvələri bu gün sübh Cenin şəhərinə basqın ediblər. Atışma zamanı 16 fələstinli yaralanıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrail qüvvələri işğal altında olan İordan çayının qərb sahilində yerləşən Cenin şəhərinə bu gün basqın ediblər.

Bundan öncə İsrail qüvvələrinə hücum etmiş fələstinli gənc Rəd Hazimin yaşadığı evi dağıtmaq üçün həyata keçirilən basqın zamanı atışma baş verib. Azı 16 fələstinli yaralanıb. İyirmi doqquz yaşlı Məhəmməd Musa adlı fələstinli gənc güllə yarasından həyatını itirib.

İsrail qüvvələri Cenində bir mənzili partladıb, dağıtdıqdan sonra geri çəkiliblər.

Qeyd edək ki, Cenin işğal edilmiş İordan çayının qərbində İsrail qüvvələrinin asanlıqla daxil ola bilmədiyi yaşayış massividir.

Xəbəri paylaş

VİDEOLAR