Cenində Fələstin müqaviməti ilə sionistlər arasında silahlı qarşıdurma baş verib

Cenində Fələstin müqaviməti ilə sionistlər arasında silahlı qarşıdurma baş verib

Yerli Fələstin mənbələri Cenində Fələstin müqaviməti döyüşçüləri ilə işğalçı sionist qüvvələr arasında silahlı qarşıdurmadan xəbər veriblər.

Az.rasthaber.com xəbər verir ki, Fələstinli döyüşçülər bazar ertəsi işğalçı İsrail hərbçilərinin İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərinə hücumu zamanı onlarla şiddətli silahlı toqquşmaya giriblər. 

Məlumata əsasən, sionist hərbçilər bir neçə fələstinlini həbs etmək üçün Ceninə hücum ediblər.

Yerli mənbələr bu silahlı qarşıdurmalarda 3 fələstinlinin yaralandığını bildiriblər.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, sionist hərbçilər azad edilmiş fələstinli məhbus "Məcd Zahi Əl-Sədi"nin evini mühasirəyə alaraq, nəhayət onu aparıblar.

İvrit dilli mənbələr də bu qarşıdurmalar zamanı bir İsrail əsgərinin başından yaralandığını bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR