Çeçenistanda Şamil Basayev və Əmir Xəttabın dəstəsinin keçmiş üzvləri tutulub.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 1999-cu ildə oktyabrın 4-də Çeçenistanın Şolkovskiy rayonunun Çervlennaya stansiyasında Şamil Basayev və Əmir Xəttabın dəstəsinin tərkibində 15 rusiyalı hərbçinin qətlində iştirak edən Aslanbek İdalov və Salambek İdalov saxlanılıblar.