Çeçen lider “Telegram” kanalında yazıb.
Rasthaber Azərbaycan “Gazeta”-ya istinadən xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov Dağlıq Qarabağ münaqişəsi tərəflərini vəziyyətin sülh yolu ilə həllinə mane olan “mənasız qan tökülməsini dayandırmağa” səsləyib.
“Dağlıq Qarabağ müəyyən qüvvələrin sağalmasına imkan vermədiyi qanayan yara olub. Bütün Qafqaz, regionun bütün qardaş xalqları bu ağrıdan əziyyət çəkirlər”, – deyə o, “Telegram” kanalında yazıb.
Kadırov deyib ki, Rusiya problemin dinc həllinə kömək olmaq üçün “böyük səylər” göstərir, lakin bunun üçün hərbi əməliyyatları dayandırmaq lazımdır.
Çeçenistan başçısı həmçinin dünya ictimaiyyətini də həll prosesinə qoşulmağa səsləyib.