Cəbrayılda əl qumbaraları aşkar edilib

Cəbrayılda əl qumbaraları aşkar edilib

Cəbrayıl rayonunda 23 ədəd qumbara aşkar edilib.

Az.rasthaber.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları Daş Veysəlli kəndi ərazisində xidmətdə olan zaman ümumilikdə, 23 ədəd "F-1" və "RQD-5" markalı əl qumbarası taparaq aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

Xəbəri paylaş

VİDEOLAR