Çavuşoğlu Bərzani ilə görüşüb

Çavuşoğlu Bərzani ilə görüşüb

Görüş İsveçrәnin Davos qәsәbәsindә tәşkil edilәn 50-ci Dünya iqtisadi Forumu çәrçivәsindә baş tutub

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu İsveçrәnin Davos qәsәbәsindә tәşkil edilәn 50-ci Dünya iqtisadi Forumu çәrçivәsindә İraq Kürd Regional Rәhbәrliyinin baş naziri Nәçirvan Bәrzani ilә görüşüb.

Çavuşoğlu mәtbuata qapalı keçirilәn görüşdә Türkiyәnin Amerika Birlәşmiş Ştatları ilә İran arasındakı gәrginlikdәn sonra İraqla hәmrәy olduğunu, böhranın aradan qaldırılması üçün sәylәr göstәrdiyini bildirib.

Çәtin dövrlәrdә İraqın birliyinin vә bütövlüyünün qorunmasının vacibliyini vurğulayan Mövlud Çavuşoğlu İraqdakı bütün tərəflərin  ölkәnin birliyi vә bütövlüyü üçün sәy göstәrmәsinin әhәmiyyәtini qeyd edib.

Mövlud Çavuşoğlu hәmçinin vurğulayıb ki, İraq Kürd Regional Rәhbәrliyi ilә әlaqәlәri inkişaf etdirmәyә davam edәcәyik.

Türkiyәnin xarici işlәr naziri İraqdakı problemlәrin әn qısa zamanda hәll edilmәsi üçün Türkiyәnin әlindәn gәlәn dәstәyi verәcәyini söylәyib.

Xəbəri paylaş

VİDEOLAR