CAR-dan İsrail rejiminə sərt tənqid və 'işğalçı' damğası

CAR-dan İsrail rejiminə sərt tənqid və 'işğalçı' damğası

Cənubi Afrika Respublikasının (CAR) XİN başçısı Naledi Pandor işğalçı İsrail rejimi və onun fələstinlilərə qarşı irqçi diskriminasiyasını sərt şəkildə tənqid edib.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, 0, parlamentdə çıxış edərkən bəyan edib ki, CAR tezliklə İsrail aparteidinə qarşı tədbirlər görəcək.

Pandor CAR hakimiyyəti tərəfindən sionist rejimə qarşı irqi ayrıseçkilik siyasəti yürütdüyünə görə birbaşa addımlar atacağına ümidini ifadə edib.

Nazir İsrail rejimini fələstinlilərin hüquqlarının pozulması və onlara qarşı aparteid siyasətinin həyata keçirilməsinə görə də tənqid edib.

O deyib ki, CAR sionist rejimin müşahidəçi qismində Afrika İttifaqına qoşulmasının əleyhinədir.

Pandor sionist rejimi işğalçı və müstəmləkəçi adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR