Burkina-Fasonun şərqində törədilən terror aktı nəticəsində azı 15 nəfər həlak olub.
Az.rasthaber.com xəbər verir ki, silahlı qrup Qnaqna vilayətinin Sorqa kəndinə hücum edib.
Səhər saatlarında motosikletlərlə kəndə gələn qrup atəş açıb. Hadisə nəticəsində azı 15 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Burkina Fasoda 2015-ci ildə baş verən təhlükəsizlik böhranı nəticəsində 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumətin məlumatına görə, bu insanların yalnız 120 mini öz evlərinə qayıda bildi.
Baş nazir Apollinaire Joachimson Kyelem de Tambela may ayında etdiyi çıxışda ölkə ərazisinin 65 faizinin dövlətin nəzarəti altında olduğunu bildirmişdi.