Burkina-Fasonun Sahil regionunda terror aktı törədilib.
Rasthaber Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Qorqacidə baş verən partlayış nəticəsində 80 nəfər həyatını itirib.
Belə ki, terrorçular mülki və hərbi şəxsləri daşıyan avtomobil karvanını partladıblar.
Dünyasını dəyişənlərin 15-i hərbçi, 65-i isə dinc sakindir.
Terrordan sonra təşkil edilən əməliyyat zamanı 80 terrorçu məhv edilib.
Ölkədə 3 günlük matəm elan edilib.
Qeyd edək ki, bölgədə “Əl-Qaidə” və İŞİD terror təşkilatları fəaliyyət göstərir.