Əbu Ubeydə: Əsirləri öldürdülər

Əbu Ubeydə: Əsirləri öldürdülər

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları sionist İsrailin “əməliyyat” zamanı Qəzza zolağında 4 əsiri xilas etdiyini və bəzi əsirləri öldürdüyünü açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde Telegram hesabında verdiyi açıqlamada bildirib:

"İsrail ordusu əsirlərini xilas etmək əməliyyatı zamanı dəhşətli qətliam törədib".

Əbu Ubeydə qeyd edib ki, İsrail “əsirlərin bir qismini xilas edə bilib, həm də bəzilərini öldürüb”.

Sionist İsrailin hücum etdiyi Nusayrat Qaçqınlar Düşərgəsində “çoxşaxəli müharibə cinayəti” törətdiyini vurğulayan Əbu Ubeyde deyib:

“Bundan ilk əziyyət çəkən israilli məhbuslardır”.

Sionist İsrail ordusu bu gün Qəzza zolağının mərkəzi hissəsində müxtəlif məntəqələrə hücumlar təşkil etdiyini və iki bölgədə 4 israilli məhbusun sağ-salamat xilas edildiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR