Qəssam Briqadalarının sözçüsü xəbərdarlıq edib ki, İsrail əsgərləri Fələstin müqavimətinin dünən gecəki əməliyyatlarından sonra Qəzzada qalacaq.
Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə deyib: “Beyt Hanundakı əməliyyatlar düşmənin hücumları nəticəsində bu bölgədə heç bir hərəkət olmadığı üçün təhlükəsiz hesab etdiyi bölgədəki İsrail ordusu və qoşunlarının strukturuna yeni zərbədir.
Döyüşçülərimizin Qəzza zolağının şimalından cənubuna qədər sionist düşmənə qarşı apardıqları təxribat müharibəsi Təl-Əvivin hər gün daha çox itki verməsinə səbəb olur.
İşğalçı sionistlər ola bilsin ki, möcüzə nəticəsində öz əsgərlərini onlar üçün hazırladıqları cəhənnəmdən xilas edə biliblər, lakin gələcəkdə daha çox əsgər fələstinli döyüşçülərə əsir düşəcək.
Netanyahunun verə biləcəyi ən axmaq qərar İsrail əsgərlərini Qəzza zolağında saxlamaqdır. Fələstin xalqının qətiyyəti və döyüşçülərin cəsarəti tənlikləri dəyişəcək və sonrakı mərhələnin xüsusiyyətlərini müəyyən edəcək”.
Xatırladaq ki, ötən gecə fələstinli döyüşçülərin Beyt Hanunda keçirdiyi və 20 İsrail əsgərinin öldürüldüyü və yaralandığı əməliyyat israilli analitikləri heyrətə salmışdı.