Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə mühüm açıqlamalar verib.
Az.rasthaber.com xəbər verir ki, Mehr Xəbər Agentliyinin məlumatına görə, Ubeyde deyib:
Müqavimət döyüşçüləri sionist ordusunun Qəzzanın şimalında apardığı 100 günlük dağıntı və soyqırım müharibəsində düşmənə böyük ziyan vurmaqda və ağır zərbələr endirməkdə davam edirlər.
Son 72 saatda 10-dan çox İsrail əsgərinin şəhid olduğunu, onlarla əsgərin yaralandığını bildirən Ubeydə bildirib:
"Düşmən tezliklə Qəzzanın şimalından alçaldıcı şəkildə geri çəkiləcək".
Əbu Ubeydə İsrail ordusunun Qəzza zolağının şimalında verdiyi itkiləri gizlətdiyini bildirib.