Əbu Ubeydə: 53 sionist əsgəri zərərsizləşdirdik

Əbu Ubeydə: 53 sionist əsgəri zərərsizləşdirdik

Bu barədə HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydənin Telegram hesabından yazılı açıqlama verilib.

Az.rasthaber.org xəbər verir ki, son bir həftədə Qəzzada işğalçı İsrail ordusuna ağır zərbələr vurduqlarını ifadə edən Əbu Ubeyde 53 İsrail əsgərini şəhid etdiklərini açıqlayıb.

Əbu Ubeydənin açıqlamaları belədir:

“Keçən həftə Qəssam mücahidləri 68 sionist hərbi maşınını tamamilə və ya qismən məhv etməyə nail olublar.

Mücahidlərimiz 57 müxtəlif əməliyyatda 53 sionist əsgəri sıfır məsafədən zərərsizləşdirdiklərini, snayperlərimizlə 9 sionist əsgəri öldürdüklərini, onlarla şəhid və ya yaralandıqlarını təsdiq etdilər.

Mücahidlərimiz raketlər, istehkam əleyhinə bombalar və pulemyotlarla işğalçı sionist qüvvələrini hədəfə alıb, işğalçı əsgərlərin gizləndiyi 4 evi partladıb, 2 tunelin girişini və düşmən əsgərlərinə qarşı minalanmış sahəni bombalayıblar.

Mücahidlərimiz SkyLark tipli 2 kəşfiyyat təyyarəsini vurub, 2-si intiharçı təyyarəsi olmaqla 8 pilotsuz uçuş aparatını ələ keçirib.

Müharibənin bütün cəbhələrindəki hərbi bazanı minaatan və yaxın mənzilli raketlərlə vurub, işğalçı İsrail ordusunun hərbi mövqelərini müxtəlif mənzilli raketlərlə bombalayıb”.

Xəbəri paylaş

VİDEOLAR